Kaspi Abituriyent Məktəbi

"Kaspi Abituriyent Məktəbi" 9-cu, 10-cu və 11-ci sinif şagirdlərinin universitetlərə Qəbul imtahanlarına, yəni Buraxılış və Blok imtahanlarına hazırlıq prosesini özündə ehtiva edən İxtisas Qrupları üzrə Təmayüllü Məktəbdir.

Niyə "Kaspi Abituriyent Məktəbi"-ni seçək?
- Şagirdlərə yerli Attestat - tam orta təhsil haqqında Dövlət Sənədi təqdim edirik.
- Kurs əsaslı Hazırlıq Məktəbi olduğumuza görə məktəbimizdən əlavə heç bir hazırlığa ehtiyac yoxdur!
- Təhsilhaqqı məbləği optimal və valideynlər üçün sərfəlidir: büdcənizə qənaət edirsiniz!
Ödənişi hissə-hissə, aylar üzrə də ödəmək mümkündür.
- Əlavə güzəştlər var: endirim kampaniyalarından yararlana bilirsiniz!
- Şagirdlər Buraxılış (V ixtisas qrupu) və Blok (I, II, III, IV ixtisas qrupları) imtahanlarına effektiv hazırlaşırlar: zamanı düzgün dəyərləndirirsiniz!
- İxtisas qruplarına uyğun olaraq hər bir fənn üzrə dərs saatları maksimal saydadır: həftədə 25+ saat hazırlıq proqramı təqdim edirik!
- İnnovativ tədris metodları, resursları və materialları şagirdlərin öyrənməsi və hazırlığı prosesini daha maraqlı edir.
- Şagirdlərin bilik və bacarıqları müvafiq qaydada həftəlik və aylıq Sınaq İmtahanları vasitəsi ilə davamlı olaraq qiymətləndirilir: il ərzində 14 sınaq imtahanı keçirilir, nəticələr analiz edilərək, valideynlərlə paylaşılır!
- “Tədrisin Onlayn İdarə edilməsi Sistemi” adlı elektron portalımız vasitəsilə valideynlər övladları barəsində mütəmadi məlumat alır: şagirdlərin İnkişaf Dinamikasını izləyirsiniz!
- Şagirdlərin təhlükəsizliyi və rifahı görülən tədbirlər sayəsində təmin edilir: təhlükəsizlik kameraları 24 saat işləyir və mühafizəçilər hər zaman növbədədir.  
- Təcrübəli və tələbkar Müəllim Heyəti şagirdlərin akademik hədəflərinə və məqsədlərinə çatmalarına nail olur.
- Qayğıkeş və diqqətli İnzibati Heyət şagirdlərin davamiyyəti,  nizam-intizamı, davranışı və dərs hazırlıqlarına nəzarət edir və valideyni vaxtında məlumatlandırır.
- Valideyn və şagirdlər üçün əlavə dəstək Xidmətləri – Şagird Mentoru və Psixoloq Xidməti fəaliyyət göstərir: şagirdmərkəzli yanaşma onların öz potensiallarını maksimum səviyyədə ortaya çıxarmalarına və universitetlərə qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək edir.
- Şagirdlər üçün faydalı sosial mühit, seçdikləri ixtisas qrupu yönümlü sosial və mədəni fəaliyyətlər, eləcə də Valideynləri üçün öyrədici və maarifləndirici təlim və seminarlar təşkil olunur.
- Sonda şagirdlərin Dövlət İmtahan Mərkəzi (DİM) saytında qeydiyyatdan keçirilməsində, ixtisas seçimində və kodlaşdırmada valideyn və şagirdlərə ödənişsiz Mütəxəssis Dəstəyi verir və yardımçı oluruq.

Siz də əlavə qayğılardan azad olub, övladınızın təhsil həyatını bizim "Kaspi Abituriyent Məktəbi"-ndə davam etməsini istəyirsinizsə, Müraciət Formunu doldurub, qeydiyyatdan keçin.

Əməkdaşımız Sizə mütləq geridönüş edəcəkdir!

Əhmədli Tədris Korpusu
Ünvan: Seyid Mirhəsən Ağa 1. (Təbrik Şadlıq evinin yaxınlığı, 3№-li Şahmat Məktəbinin yanı)
Əlaqə nömrəsi: (012) 370 74 05; (070)370 74 05


Gəncə Tədris Korpusu
Ünvan: Azərbaycan bayrağı küçəsi. 124
Əlaqə nömrəsi: (070)276 01 81